Azərbaycan güləşçiləri beynəlxalq turnirlərdə medallar qazanıblar
Fərdi
- 08 oktyabr, 2023
- 16:39
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın Qori şəhərində sərbəst güləş üzrə gənclər arasında “Şxireli kuboku” turniri keçirilib.
"Report"un məlumatına görə, yarışda Azərbaycanı məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında 4 güləşçi təmsil edib.
Vasif Xudiyev (79 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Dursunov (125 kq) ikinci, Sadiq Mustafazadə (86 kq) isə üçüncü yeri tutub. Dairəvi sistem üzrə baş tutan mübarizədə medalın bir addımlığında dayanan Ramik Heybətov (70 kq) dördüncü pillədə qərarlaşıb.
Bu turnirdə beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.
Rusiyanın Botlix rayonunda isə Yusup Abdusalomovun şərəfinə beynəlxalq turnir təşkil edilib. Millinin üzvü Qadjimurad Maqomedsaidov (97 kq) gümüş medal qazanıb.
Son xəbərlər
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr