Azərbaycan boksçuları Özbəkistanda təlim-məşq toplanışı keçəcəklər
Fərdi
- 11 oktyabr, 2025
- 15:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kişi boksçulardan ibarət Azərbaycan millisi Özbəkistanda təlim-məşq toplanışı keçəcək.
"Report" xəbər verir ki, komanda baş məşqçi Ravşan Xocayevlə məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında Daşkənddə hazırlığa qatılacaq.
Oktyabrın 12-də başlayacaq toplanışda Zəlimxan Süleymanov (55 kq), Maqsud Xasmetov, Məhəmmədəli Qasımzadə (hər ikisi 60 kq), Zaur Qəhrəmanov (65 kq), Sərxan Əliyev (70 kq) və Səidcəmşid Cəfərov (75 kq) iştirak edəcəklər. Özbəkistanda məşqlər oktyabrın 26-da yekunlaşacaq.
Daşkənd toplanışında Azərbaycan millisi Kuba, Qazaxıstan, Qırğızıstan, Özbəkistan yığmaları, həmçinin Rusiyanın 2 heyəti ilə məşq keçəcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də nəzərdə tutulub.
Son xəbərlər
09:36
Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb
Hadisə
09:34
Qırğızıstan və Tacikistan sərhədində 5,5 maqnitudalı zəlzələ baş verib
Region
09:33
NİİM: Bəzi iki təkərli nəqliyyat vasitələrinin sürücüləri piyadalar üçün təhlükəli vəziyyət yaradırlar
Hadisə
09:24
Demokratlar ABŞ Senatında çoxluq əldə ediblər və Palata üzərində nəzarətə yaxınlaşırlar - Yenilənib-3
Digər ölkələr
09:22
"LANDAU Lions" FIBA Avropa Kubokunda bu gün "Benfika" ilə qarşılaşacaq
Komanda
09:19
BDYPİ dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Daxili siyasət
09:13
UEFA Çempionlar Liqasında IV turun növbəti oyunları keçiriləcək
Futbol
09:10
Vətən müharibəsindəki Zəfərin arxasında uzun illərin hərtərəfli hazırlığı dayanırdı – Rəy
Daxili siyasət
09:07
"Neftçi" FIBA Avropa Kubokunun qrup mərhələsində beşinci oyununa çıxacaq
Komanda