Azərbaycan avarçəkənləri "Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb
Fərdi
- 26 may, 2025
- 09:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan avarçəkənləri Slovakiyada yeniyetmə və gənclər arasında keçirilən kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb.
"Report"un Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə komanda uğurlu çıxışını davam etdirir.
Ötən gün 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülən Tatyana Smilovenko ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, bu dəfə 500 metr məsafədə bütün rəqiblərini geridə qoyub.
Qeyd edək ki, yarışların ilk günündə kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə ikinci yer tutub.
Son xəbərlər
10:07
"Bank Respublika" və "AccessBank" strateji əqdin uğurla başa çatdığını elan ediblər
Maliyyə
10:05
Maiko Utixara: Azərbaycan regionda mühüm diplomatik rol oynaya bilər
Xarici siyasət
10:05
Foto
Video
Çin krossoveri Böyük Britaniyada ən çox satılan avtomobil oldu!
Biznes
09:58
Latviya BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılması təşəbbüsü ilə çıxış edib
Digər ölkələr
09:51
İlham Mirzəliyev Yevlaxda vətəndaşları qəbul edəcək
Energetika
09:47
Nikol Paşinyan Brüsselə yollanıb
Region
09:37
Foto
Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
Din
09:25
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır
Komanda
09:23
Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var
Digər ölkələr