SOCAR: Apreldə Belarusla neft nəqli ilə bağlı görüşlər keçirilib
Energetika
- 04 iyun, 2019
- 11:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Belarus tərəfi arasında aprel ayının sonlarında bu ölkəyə neft ixracı ilə bağlı görüşlər keçirilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.
“Bu ilin aprel ayının sonlarında Belarus tərəfi ilə neft idxalına dair görüşlər keçirilib, qarşı tərəfə təchizatı mümkün olan neft növləri barədə məlumat verilib. Hazırda Belarusa neftin satışı ilə bağlı hər hansı razılaşma imzalanmayıb”, - məlumatda qeyd edilib.
Qeyd edək ki, Belarusun “Belneftxim” konserni Rusiyadan “Drujba” neft kəməri vasitəsilə nəql edilən çirkli neft səbəbindən nefti digər istiqamətlərdən, həmçinin Azərbaycandan almaq niyyətində olduqlarını açıqlamışdı.
Son xəbərlər
11:38
"Vikinq" - "Sabah": Azərbaycan və Norveç klublarının 9-cu dueli
Futbol
11:37
Azərbaycan dövlət borcunun ÜDM-ə nisbətini sabit saxlamağı hədəfləyir
Maliyyə
11:36
Sahil Babayev: "ARDNF-nin dövlət büdcəsinə illik transferti 2030-cu ilədək 5,5 milyard dollara endiriləcək"
Maliyyə
11:34
Azad edilmiş ərazilərdə sağlamlıq turizmi ilə məşğul olan hotellər açılacaq
Turizm
11:33
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Sosial müdafiə
11:33
"Makler" boşanma ərəfəsində olan qadının 163 min manatdan çox pulunu ələ keçirib
Daxili siyasət
11:32
Bu il Azərbaycanda xarici turistlərin xərclərinin 2 dəfə artırılması planlaşdırılır
Turizm
11:29
Sahil Babayev: "Gələn il qeyri-neft-qaz ÜDM-də 2023-cü ilə nisbətən 38 %-lik artım olacaq"
Maliyyə
11:29
Nazir: "Qeyri-neft baza kəsiri 2027-ci ildə fiskal qayda tətbiq olunandan bəri ən aşağı həddə çatacaq"
Maliyyə