Rusiya Azərbaycandan aviasiya yanacağı tədarükünü kəskin artırıb
- 18 mart, 2022
- 07:59
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar ayında Azərbaycan xaricə 61,24 min ABŞ dolları dəyərində 85,58 ton aviasiya yanacağı satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 57 %, kəmiyyət olaraq – 69 % artıb.
Azərbaycandan Rusiyaya 38,54 min ABŞ dolları dəyərində 53,04 ton, Türkiyəyə 22,7 min ABŞ dolları dəyərində 32,54 ton yanacaq göndərilib.
Ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 5,3 dəfə və 5,5 dəfə artıb. Hesabat dövründə Türkiyəyə aviasiya yanacağı satılmayıb.
Xatırladaq ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur.