“Qazprom” 2021-ci ildə rekord miqdarda qaz hasil edib
Energetika
- 02 yanvar, 2022
- 14:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qazprom” 2021-ci ildə 514,8 milyard kubmetr qaz hasil edib ki, bu da son 13 ildə ən yaxşı nəticədir.
“Report” xəbər verir ki, bunu “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller deyib.
Onun sözlərinə görə, Rusiyanın digər ölkələrə təbii qaz ixracının həcmi 185,1 milyard kubmetr təşkil edib.
“Şirkətin 2021-ci il üçün gördüyü işlərin yekunlarına dair operativ məlumatlar əldə edilib. Ötən ilin nəticəsi şirkətin tarixi rekordları arasında dördüncü sıranı tutub. Qeyd etmək istərdim ki, 15 ölkə Rusiyadan qazının alışını artırıb. Ən böyük artımı onun ən böyük istehlakçıları - Almaniya (+ 10,5%), Türkiyə (+ 63%), İtaliyadır (+ 20,3%)”, - Aleksey Miller əlavə edib.
Son xəbərlər
22:34
Foto
SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
Energetika
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət
21:55
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Futbol
21:43
Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir
Xarici siyasət
21:38
Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Digər ölkələr
21:26
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Digər ölkələr
21:16
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Xarici siyasət