Qazaxıstan CPC-yə hücumlar nəticəsində 4 milyon tona yaxın neft ixrac edə bilməyib
Energetika
- 28 yanvar, 2026
- 11:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) sisteminə edilən hücumlar səbəbindən təxminən 3,8 milyon ton neft ixrac edə bilməyib.
"Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Yerlan Akkenjenov bildirib.
Onun sözlərinə görə, Qazaxıstan tankerlərə hücumlardan sonra "Tengiz" və "Korolevskoe" yataqlarında hasilatın dayandırılması ilə əlaqədar təxminən 1 milyon ton neft itkisi ilə üzləşib. Hazırda hər iki yatağın fəaliyyəti qismən bərpa olunub.
"Biz bir həftə ərzində "Tengiz" yatağının tam işə salınacağını gözləyirik", - nazir qeyd edib.
CPC obyektləri yaxınlığında tankerlərə hücumlardan sonra gəmilərin sığorta dəyəri də əhəmiyyətli dərəcədə artıb.
Son xəbərlər
14:31
Qətər İranı Hörmüz boğazında hücumları dayandırmağa çağırıb
Digər ölkələr
14:22
Maksim Medvedev: "Sabah" güclü rəqiblərə qarşı mübarizə apara biləcəyini sübut edib"
Futbol
14:14
Kiyevə dron hücumları zamanı daha bir Azərbaycan vətəndaşı yaralanıb
Hadisə
14:06
"Ryanair"in rəhbəri gələn il Avropada aviabiletlərin qiymətlərində rekord artım proqnozlaşdırır
Maliyyə
14:06
Eldar Əzizov Bakının qış mövsümünə hazırlığı ilə bağlı müşavirə keçirib
Daxili siyasət
14:04
Ceyranbatanda ana və övladını maşın vurub
Hadisə
14:02
Azərbaycan Gürcüstanla radiotezliklərin koordinasiyasına dair protokol imzalayıb
İKT
13:59
Peskov: Putinin Uitkoff və Kuşnerlə yaxın vaxtlarda görüşəcəyinə ümid edirik
Digər ölkələr
13:57
"Gəncə" klubunun FIBA Avropa Kubokundakı oyunu təxirə salınıb
Komanda