Putin: Türkiyəli investorlar "Akkuyu" AES layihəsində "Rosatom"un payının bir hissəsini almağa hazırdır

Energetika
  • 28 oktyabr, 2026
  • 17:29
Putin: Türkiyəli investorlar Akkuyu AES layihəsində Rosatomun payının bir hissəsini almağa hazırdır

Türkiyəli investorlar bu ölkədəki "Akkuyu" atom elektrik stansiyası (AES) layihəsində "Rosatom"un payının bir hissəsini satın almağa hazırdırlar.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rusiya-Afrika" sammiti çərçivəsində sərgini ziyarət edərkən bildirib.

"Orada maliyyələşmə tamamilə bizə məxsusdur, bütün 25 milyard dollar. Bu, 100 % Rusiya sərmayəsidir. İndi Türkiyə daxilində də bu prosesin iştirakçısı olmaq istəyən və paketin bir hissəsini satın almağa hazır olan şirkətlər tapılıb. Biz bunu ancaq alqışlayırıq", - o bildirib.

44 filmi