Ötən il “SOCAR Polymer” ixrac gəlirlərini 2,5 dəfə artırıb
Energetika
- 31 yanvar, 2022
- 07:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2021-ci il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi “SOCAR Polymer” MMC 252,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında bildirilir.
Bildirilir ki, bu, 2020-ci ilin göstəricisi ilə müqayisədə 150,1 milyon ABŞ dolları və ya 2,5 dəfə çoxdur.
"SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.
Son xəbərlər
10:58
Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm başlayır
Komanda
10:57
Aygün Əliyeva: QHT-lərə dövlət dəstəyi sistemi müasir çağırışlara uyğun və nəticəyönümlü olmalıdır
Daxili siyasət
10:55
Lu Mey: Azərbaycan və Çinin münasibətləri dinamik inkişaf edir
Xarici siyasət
10:55
Ermənistan və Britaniya 2026-2027-ci illər üçün müdafiə əməkdaşlığı proqramını razılaşdırıb
Region
10:50
Səfir: Çin Azərbaycanın AQEM-də sədrliyinin davam etdirilməsini dəstəkləyir
Xarici siyasət
10:43
Foto
NETTY 2026 ərizə qəbulu elan edilib
Media
10:43
Avropa çempionu olan Aysel Əhmədli: "Finala çıxanda özümdə daha çox inam hiss etdim"
Fərdi
10:31
"Sabah" yarımmüdafiəçisi Zinəddin Uld Xaledlə yolları ayırıb
Futbol
10:29
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
Xarici siyasət