Neftə tələbin artması “qara qızıl”ı cüzi bahalaşdırıb
Energetika
- 24 yanvar, 2022
- 05:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Dünyada neftə olan tələbin artması “qara qızıl”ın cüzi bahalaşmasına səbəb olub.
“Report” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,84% bahalaşaraq, 1 bareli 87,81 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,83% artaraq, 1 bareli 85,85 ABŞ dolları təşkil edib.
Ardıcıl 5 həftədir ki, neft bazarında qiymət artımı davam edir. Təkcə ötən həftə ərzində “Brent” markalı neft 2%, WTI nefti isə 1,5% bahalaşıb.
Analitiklərin qənaətinə görə, dünyanın bir çox hissələrində koronavirusa yoluxma sayında rekord qeydə alınsa da, bu, neftə olan tələbə bazarın gözləntisindən daha az təsir edib.
Son xəbərlər
09:41
Dünya Bankı: Avropada borcun artması fonunda Azərbaycan xarici borcunu azaldıb
Maliyyə
09:39
Azərbaycan Basketbol Liqasında VI tura bir oyunla start veriləcək
Komanda
09:35
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə