Gürcüstanın gələn ilki qaz tədarükünün 93%-i Azərbaycanın payına düşəcək
Energetika
- 26 dekabr, 2019
- 07:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2020-ci ildə Gürcüstanın təbii qaz tədarükü 2,57 mlrd. kubmetr həcmində müəyyən edilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnavanın təsdiqlədiyi gələn ilin təbii qaz balansında qeyd olunub.
Qonşu ölkə bu həcmin 2,39 mlrd. kubmetrini və ya 92,7%-ni Azərbaycandan əldə edəcək. Bu həcmin 1,51 mlrd. kubmetri SOCAR-dan, 873,8 mln. kubmetri isə “Şahdəniz” konsorsiumundan alınan qazın payına düşəcək.
2020-ci ildə Gürcüstanın Rusiyadan idxal edəcəyi təbii qazın həcmi isə 169,9 miln. kubmetr, yaxud ümumi həcmin 6,6%-ni təşkil edəcək.
Gürcüstanda gələn il təbii qaz hasilatının 17,9 mln. kubmetr olacağı proqnozlaşdırılır.
Son xəbərlər
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Hadisə
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region