Energetika naziri Naxçıvanda vətəndaşları qəbul edib
Energetika
- 23 oktyabr, 2026
- 13:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Energetika naziri Pərviz Şahbazov Naxçıvan şəhərində vətəndaşları qəbul edib.
Bu barədə "Report"a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda vətəndaşların elektrik enerjisi və qaz təchizatı, elektrik şəbəkəsinə qoşulma, elektrik verilişi xətlərinin mühafizə zonası, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Babək, Sədərək, Şərur rayonlarından və Naxçıvan şəhərindən olan 15 vətəndaş iştirak edib.
Son xəbərlər
16:34
Rumıniyalı nazir ABŞ səfiri ilə Qara dənizdə təhlükəsizlik məsələsini müzakirə edib
Digər ölkələr
16:29
Foto
Salyanda avtoqəza olub, ölən və yaralananlar var - Yenilənib
Hadisə
16:21
Göyçayda evlərdən 24 min manat oğurlanıb
Hadisə
16:12
Foto
"İri Şəhərlərin Su Təchizatı"nın yeni icraçı direktoru kollektivə təqdim edilib
İnfrastruktur
16:11
Rumıniyanın Baş naziri Rusiyanın azərbaycanlıların olduğu gəmiyə hücumunu pisləyib
Digər ölkələr
16:06
Foto
Almaniya səfiri Sumqayıt Sənaye Parkında olub
Sənaye
16:04
PSJ hücum xəttini gücləndirmək üçün İbrahim Mazanı transfer etməyi planlaşdırır
Futbol
15:59
Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib
Digər
15:54
Paşinyanın demokratiyadan sui-istifadəsi – imzalanması gecikən sülh sazişi
Analitika