BTC kəməri ilə 9 ayda 19 milyon tona yaxın neft nəql edilib

Energetika
  • 16 oktyabr, 2026
  • 12:56
BTC kəməri ilə 9 ayda 19 milyon tona yaxın neft nəql edilib

Bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə 18 milyon 856,8 min ton neft nəql edilib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,3 % azdır.

Ötən dövr ərzində magistral neft kəmərləri ilə nəqletmənin 76,6 %-i BTC-i ilə həyata keçirilib.

BTC kəməri ilə nəql edilmiş neftin 82 %-ini və ya 15 milyon 456,1 min tonunu Azərbaycanda hasil edilən neft, 18 %-ini və ya 3 milyon 400,7 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

"BTC Ko."nun səhmdarları: BP (30,1 %), AzBTC (25 %), MOL (8,9 %), "Ekvinor" (8,71 %), TPAO (6,53 %), "Eni" (5 %), Total (5 %), İTOÇU (3,4 %), İNPEKS (2,5 %), "EksonMobil" (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.