“Azəriqaz” və “Azərikimya” birgə iməcilik keçirib
Energetika
- 13 aprel, 2019
- 13:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” və “Azərikimya” İstehsalat birliklərinin əməkdaşları Sumqayıt şəhəri ərazisində, abadlaşdırma və yaşıllıqların salınması məqsədilə birgə iməciliklər keçiriblər.
“Report” xəbər verir ki, iməcilik zamanı Etilen-polietilen zavodunun Azot-oksigen qurğusunun qarşısında xüsusi yaşıllıq zonası üçün ayrılmış ərazisində ümumilikdə 800 ədəd müxtəlif ağac növləri əkilib. Ərazidə mövcud olan ağac və tinglərə su verilib və dibləri bellənib.
Xatırladaq ki, iməciliyə səhər saatlarından start verilib və bir neçə saat davam edib. İməcilikdə “Azəriqaz” və “Azərikimya” İstehsalat birliklərinin 100-dən çox əməkdaşı iştirak edib.
Son xəbərlər
18:24
Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatıb
Region
18:17
Fransadan sonra İtaliyada da etirazlar iğtişaşlara çevrilib, 200-dək insan saxlanılıb
Digər ölkələr
18:16
Aİ Nümayəndəliyi: Qoy Müstəqilliyin Bərpası Günü Azərbaycana qürur, sevinc, rifah gətirsin
Xarici siyasət
18:00
Foto
Azərbaycan gimnastı Selcan Mahsudova Dünya Kubokunda qızıl medal qazanıb
Fərdi
17:55
Foto
Sahibə Qafarova Qırğız Respublikasında səfərdədir
Milli Məclis
17:43
Foto
Kros qaçışı üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
Fərdi
17:35
Yunanıstanda təyyarə qəzasında iki nəfər həlak olub
Digər ölkələr
17:18
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Digər ölkələr
17:09
Azərbaycan Basketbol Liqasında III tura start verilib
Komanda