Azərbaycanın 4 rayonunun qaz təchizatı məhdudlaşdırılıb
Energetika
- 13 sentyabr, 2019
- 05:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün saat 09:00-dan Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin balansında olan yeni çəkilmiş yüksək təzyiqli qaz xəttinin mənbəyə birləşdirilməsi işləri ilə əlaqədar Ucar və Zərdab rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.
Bu barədə “Report”a SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Məlumatda həmçinin deyilir ki, orta təzyiqli yeraltı qaz xətti üzərində qaz tənzimləyicisinin quraşdırılması ilə bağlı Cəlilabad rayonunun bir hissəsində və aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı Lənkəran rayonunun bir hissəsində qazın verilişinə fasilələr tətbiq edilib.
Son xəbərlər
18:01
Foto
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Xarici siyasət
17:59
Lavrov: Pezeşkianın bu ayın sonu Moskvaya səfəri gözlənilir
Region
17:58
Foto
Azərbaycana gətirilmiş ukraynalı uşaqlar müxtəlif ekskursiyalara cəlb edilib
Xarici siyasət
17:56
Foto
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Hərbi
17:56
Məcnun Məmmədov İmişlidə vətəndaşları qəbul edəcək
ASK
17:53
ARDNF özəl səhm fondlarına investisiyaları 16 % artırıb
Maliyyə
17:52
Səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi: Yeni mərhələnin strateji hədəfləri
Sağlamlıq
17:50
ARDNF infrastruktur fondlarına investisiyaları 2 dəfədən çox artırıb
Maliyyə
17:49
Azərbaycanın kollektor agentliyinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə