Azərbaycandan Gürcüstana elektrik enerjisinin ixracı 4 dəfə azalıb
Energetika
- 19 aprel, 2022
- 07:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 119,2 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında bildirilib.
Sənədə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə həcm 74,2 % və yaxud 3,8 dəfə azalıb.
Hesabat dövründə Gürcüstan ümumilikdə 1 094,4 milyon kilovatt/saat həcmində elektrik enerjisi idxal edib. Qonşu ölkənin əsas elektrik enerjisi tədarükçüsü Rusiya (836,8 milyon kilovatt/saat) olub.
Yanvar-martda Gürcüstan üzərindən Azərbaycandan Türkiyəyə 353,7 milyon kilovatt/saat həcmində elektrik enerjisinin tranziti həyata keçirilib.
Экспорт электроэнергии из Азербайджана в Грузию сократился на 74%
Georgia’s electricity imports from Azerbaijan drop by over 74%
Son xəbərlər
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət
21:55
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Futbol
21:43
Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir
Xarici siyasət
21:38
Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Digər ölkələr
21:26
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Digər ölkələr
21:16
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Xarici siyasət
21:12
Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib
Digər ölkələr