Azərbaycan təbii qaz ixracını 68 % artırıb
Energetika
- 16 iyun, 2021
- 06:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-may aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 9 milyard 174 milyon 562,13 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.
Məlumata görə, ötən beş ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1 milyard 335 milyon 749,12 min ABŞ dolları təşkil edib.
Bu ilin yanvar-may ayları ərzində ixrac edilən təbii qazın həcmi ötən ilin müvafiq dövründən 68 %, dəyəri isə 28,6 % çoxdur.
Bu ilin ilk beş ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 17,98 % olub.
Азербайджан увеличил экспорт природного газа на 68%
Azerbaijan increases natural gas export by 68 percent
Son xəbərlər
09:57
Macarıstan "ASAN xidmət"-in könüllülük konsepsiyasını öyrənmək istəyir
Xarici siyasət
09:50
Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır
Energetika
09:47
Foto
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb - Faktiki hava
Ekologiya
09:41
Dünya Bankı: Avropada borcun artması fonunda Azərbaycan xarici borcunu azaldıb
Maliyyə
09:39
Azərbaycan Basketbol Liqasında VI tura bir oyunla start veriləcək
Komanda
09:35
Bakıda yeraltı dayanacaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə