Azərbaycan Dominikana və Kolumbiyaya sürtkü yağları ixrac etməyə başlayıb
- 22 dekabr, 2023
- 06:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 130 milyon ABŞ dolları dəyərində 78 min 698 ton sürtkü yağları idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 20,3 %, kəmiyyət olaraq – 45 % çoxdur.
Azərbaycan Rusiyadan 38 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 46 % çoxdur) 49 min 896 ton (+2,3 dəfə), Türkiyədən 35,6 milyon ABŞ dolları dəyərində (+22 %) 12 min 796 ton (+19 %), Almaniyadan 22,5 milyon ABŞ dolları dəyərində (+23 %) 5 min 217 ton (+8 %), Belçikadan 6,4 milyon ABŞ dolları dəyərində (+28 %) 1 min 688 ton (+7 %), Cənubi Koreyadan 4,4 milyon ABŞ dolları dəyərində (+2 dəfə) 1 min 621 ton (+2,5 dəfə) məhsul alıb.
Hesabat dövründə Azərbaycandan 43,1 milyon ABŞ dolları dəyərində (+51 %) 38 min 303 ton (+68 %) sürtkü yağları ixrac edilib.
Azərbaycan Ukraynaya 8 milyon ABŞ dolları dəyərində (+91 %) 7 min 449 ton (+2,3 dəfə), Türkiyəyə 7,9 milyon ABŞ dolları dəyərində (-35 %) 7 min 125 ton (-38 %), Gürcüstana 6,7 milyon ABŞ dolları dəyərində (+6,4 dəfə) 7 min ton (+8,5 dəfə), Bolqarıstana 4,6 milyon ABŞ dolları dəyərində (+16 dəfə) 5 min ton (+25 dəfə), İraqa 3,8 milyon ABŞ dolları dəyərində (+31 %) 2 min 754 ton (+41 %) məhsul satıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Dominikana (146,3 min ABŞ dolları dəyərində 146,5 ton) və Kolumbiyaya (188 min ABŞ dolları dəyərində 167,3 ton) tədarük həyata keçirilib.