Azərbaycan Çin ilə günəş və dənizdə külək enerjisi layihələrini müzakirə edib - Yenilənib

Energetika
  • 22 oktyabr, 2026
  • 15:30
Azərbaycan Çin ilə günəş və dənizdə külək enerjisi layihələrini müzakirə edib - Yenilənib

Azərbaycan Çinin "China Datang Overseas Investment Co., Ltd." şirkəti ilə ölkədə 100 MVt gücündə günəş elektrik stansiyası layihəsinin icra vəziyyəti, həmçinin ilkin mərhələdə 200 MVt gücündə dənizdə külək elektrik stansiyasının yaradılması imkanları müzakirə edib.

"Report"un Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə Forum çərçivəsində energetika naziri Pərviz Şahbazovun Çin şirkətinin İdarə Heyətinin sədri Zhao Yonglinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə aparılıb.

"Yaşıl Enerji Dəhlizi"nin Azərbaycanda bərpa olunan enerji istehsalı və ixracının genişləndirilməsi üçün yaratdığı imkanlar qeyd olunub. Şirkət günəş və dənizdə külək enerjisi layihələri üzrə işləri irəlilətməyə, eləcə də "Yaşıl Enerji Dəhlizi"ndə iştirak imkanlarını araşdırmağa hazır olduğunu bildirib.

Görüşdə enerji sahəsində kadr hazırlığı və texniki təcrübə mübadiləsi üzrə əməkdaşlığın davam etdirilməsi də nəzərdən keçirilib.

Azərbaycan və Çin arasında 100 MVt-lıq günəş və 200 MVt-lıq dənizdə külək enerjisi layihələri, Yaşıl Enerji Dəhlizində iştirak imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir bildirib ki, bununla bağlı müzakirələr "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" üzrə Forum çərçivəsində "China Datang Overseas Investment" şirkətinin İdarə Heyətinin sədri Zhao Yongli ilə görüşdə aparılıb.

O qeyd edib ki, şirkətin Azərbaycanın yaşıl enerji keçidində iştirakını genişləndirmək və yeni investisiya imkanlarını dəyərləndirmək marağı yüksək qiymətləndirilib.

44 filmi