Nazirlik kafedə musiqinin səsini normadan artıq verən şəxsi cərimələyib

Ekologiya
  • 28 aprel, 2018
  • 06:34
Nazirlik kafedə musiqinin səsini normadan artıq verən şəxsi cərimələyib

Bakı. 28 aprel. REPORT.AZ/  Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nizami rayonu, Rizvan Teymurov küçəsi 36 ünvanında yerləşən “Beer Kode” kafesindəki musiqi səs-küyü ilə bağlı daxil olan şikayət nazirliyin mütəxəssisləri tərəfindən yerində araşdırılıb.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Kafedə aparılan ölçmə işləri nəticəsində səs-küyün səviyyəsinin norma həddini aşdığı məlum olub.

Faktla bağlı kafeni işlədən Ziyad Cəfərov barəsində protokol tərtib olunub və o, fiziki şəxs qismində inzibati qaydada 200 manat məbləğində cərimə edilib.