ETSN ağacların kəsilməsi ilə bağlı sənədləri Baş Prokurorluğa göndərib
Ekologiya
- 06 aprel, 2021
- 06:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xırdalan şəhəri M.Ə.Rəsulzadə küçəsi 1 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev "Report"a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazinin tikinti aparmaq məqsədilə hasara alındığı və 12 ağacın kökündən çıxarılaraq məhv edildiyi məlum olub.
O qeyd edib ki, araşdırma zamanı ərazinin Könül Hümmətlinin mülkiyyətində olduğu və ağacların kəsilməsi nəticəsində təbiətə 9 800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.
Son xəbərlər
12:23
Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşdırılır
ASK
12:22
Gələn ilin büdcəsi xarici qiymət şoklarından sığortalanma prinsipi əsasında hazırlanıb
Energetika
12:22
Azərbaycana kökəltmə məqsədi ilə gətirilən heyvanlar vergidən azad olunacaq
Biznes
12:20
Foto
Naxçıvan Dövlət Filarmoniyasının kollektivi İğdırda konsert proqramı ilə çıxış edib
Mədəniyyət siyasəti
12:19
Formula 1 və Formula 2 yarışları ilə əlaqədar vergi güzəştlərinin müddəti uzadılır
Biznes
12:17
Vətəndaşlardan nağdsız alınan mənzillərin təkrar satışına ƏDV ticarət əlavəsindən hesablanacaq
Biznes
12:17
Foto
Azərbaycan və Ukrayna energetika nazirləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Xarici siyasət
12:16
Ülvi Mehdiyev: "ASAN xidmət" uzun illərdir, Azərbaycanın intellektual brendinə çevrilib
Xarici siyasət
12:16
Sahib Ələkbərov: "Qlobal mənfi proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb"
Maliyyə