Mbappe cari ildə 50-ci qolunu vurub, Messi və Ronaldunun uğurunu təkrarlayıb
Dünya Çempionatı - 2022
- 27 noyabr, 2022
- 05:01
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe 2022-ci ildə vurduğu qolların sayını 50-yə çatdırıb.
"Report"un məlumatına görə, 24 yaşlı hücumçu buna Qətərdə keçirilən dünya çempionatında Danimarka ilə matçda (2:1) dubl etməklə nail olub.
Forvard hazırda bu göstəriciyə çatan ilk oyunçudur. 2021-ci ildə 51 dəfə fərqlənən Mbappe XXI əsrdə ardıcıl iki ildə 50 və daha çox qol vuran üçüncü futbolçu kimi tarixə düşüb.
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ardıcıl 7, argentinalı Lionel Messi isə 6 dəfə buna müvəffəq olub. Messi ümumilikdə karyerasında 9 dəfə bunu bacarıb.
| Futbolçu | Ölkə | Say | İl (qollar) | |
| Lionel Messi | Argentina | 9 | 2010(60), 2011(59), 2012(91), 2014(58), 2015(52), 2016(58), 2017(54), 2018(51), 2019(50) | |
| Kriştianu Ronaldu | Portuqaliya | 7 | 2011(60), 2012(63), 2013(69), 2014(61), 2015(57), 2016(55), 2017(53) | |
| Robert Levandovski | Polşa | 3 | 2017(53), 2019(54), 2021(69) | |
| Zlatan İbrahimoviç | İsveç | 2 | 2012(50), 2016(50) | |
| Kilian Mbappe | Fransa | 2 | 2021(51), 2022(50) |
Son xəbərlər
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi