Gürcüstanın baş naziri müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib
Din
- 04 iyun, 2019
- 11:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstanın baş naziri Mamuka Baxtadze ölkə müsəlmanlarını Ramazan ayının başa çatması münasibətilə təbrik edib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, hökumət başçısı müsəlman vətəndaşlara əmin-amanlıq və xoşbəxtlik arzulayıb.
“Böyük dini bayram olan Ramazan bayramı münasibətilə sizi təbrik edirəm. Ölkəmizə və ailələrinizə sülhlü gələcək, tərəqqi və uğurlar diləyirəm”, - deyə M.Baxtadze təbrikində vurğulayıb.
Baş nazirlə yanaşı, Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyi, Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin Aparatı və digər dövlət qurumları da ölkə müsəlmanlarına müqəddəs Ramazan bayramı münasibətilə təbriklər ünvanlayıblar.
Son xəbərlər
11:35
Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək
Hərbi
11:28
Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir
Maliyyə
11:27
Vergi Məcəlləsinə dəyişiklikdən təxminən 10 min vergi ödəyicisi faydalanacaq
Biznes
11:25
Səfir: Çin və Azərbaycanın minatəmizləmə sahəsində əməkdaşlığı qlobal təhlükəsizliyin mühüm tərkib hissəsidir
Xarici siyasət
11:25
DVX rəisi: "Vergi islahatlarında sahibkarların təklifləri nəzərə alınıb"
Maliyyə
11:23
Azərbaycanda dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir
Biznes
11:22
Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır
ASK
11:22
Lu Mey Azərbaycan-Çin münasibətlərinin daha da möhkəmlənəcəyinə əmindir
Xarici siyasət
11:13
Pediatr: Payız-qış aylarında uşaqlar arasında infeksiya artımını mövsümlə əlaqələndirmək düzgün deyil
Sağlamlıq