Yəməndə husilərin düşərgəyə endirdiyi raket zərbəsi nəticəsində 53 nəfər ölüb - Yenilənib
- 19 oktyabr, 2026
- 17:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Husilərin Yəmənin cənubundakı Şəbva əyalətində hərbi düşərgəyə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə "Xinhua" agentliyi Şəbvanın yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Bundan əlavə, 200-dən çox insan yaralanıb.
Husilərin Yəmənin cənubundakı Şəbva əyalətində hərbi düşərgəyə endirdiyi raket zərbəsi nəticəsində 40-a yaxın hərbçi ölüb, yaralılar var.
"Report" xəbər verir ki, bu barədə Yəmənin "Al-Wajha" nəşri məlumat yayıb.
Bildirilib ki, husilər cənub qüvvələrinin tərkibində olan çevik reaksiya batalyonunun təlim məşğələləri zamanı Əl-Ələm hərbi düşərgəsinə ballistik raketlə zərbə endiriblər.
Qeyd olunur ki, həlak olanların və xəsarət alanların yekun sayını hələ ki rəsmi mənbələr təsdiqləməyib.