Yəməndə ərəb koalisiyasının zərbələri nəticəsində 20 nəfər ölüb
Digər ölkələr
- 23 aprel, 2018
- 06:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 aprel. REPORT.AZ/ Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Hərbi Hava Qüvvələrinin Yəmənin şimal-qərbinə hava zərbələri endirməsi nəticəsində azı 20 nəfər ölüb, 40 nəfər yaralanıb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə Hacca əyalətində baş verib. Mərmilər toy keçirilən evə düşüb.
Qeyd edək ki, koalisiyanın zərbələrindən az əvvəl Yəmənin üsyançı "Ənsər Allah" (husilər) hərəkatının tərəfdarları Səudiyyə Ərəbistanı tərəfə iki raket atıb. "Al Arabiya" telekanalına məlumatına görə, krallığın Hava Hücumundan Müdafiə Qüvvələri raketlərdən birini məhv edib, ikinci raket isə səhraya düşüb.
Son xəbərlər
06:52
Serbiyada DİN-də islahatlar aparılması təklif edilib
Digər ölkələr
06:24
ABŞ-ın İrana qarşı hərbi əməliyyatının xərcləri 47,1 milyard dollara çatıb
Digər ölkələr
06:14
Nurəddin Rəcəbov: İdmançılarımız daha yüksək nəticə əldə edə bilərdilər
Fərdi
05:41
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
Digər ölkələr
05:28
Sənan Süleymanov: Qızıl medal qazanmağın, dünya çempionu olmağın arzusunda olmuşam
Fərdi
05:16
Beşqat dünya çempionu: Yaxın bir-iki həftə ərzində karyeramla bağlı açıqlama veriləcək
Fərdi
04:31
Foto
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
Komanda
04:16
Estoniyada asfalt qıtlığı yaranıb, Tallində bir sıra yol təmiri işləri dayandırılıb
Digər ölkələr
03:36
Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq
Digər ölkələr