Türkiyə XİN başçısı: “İsveç hələ də terroru dəstəkləyir"
Digər ölkələr
- 20 fevral, 2023
- 07:59
Mövlud Çavuşoğlu
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı hər tərəfin konkret öhdəlikləri var”.
“Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 20-də Ankarada ABŞ-ın dövlət katibi Antoni Blinkenlə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, Finlandiya ilə bağlı problemlər daha azdır: “İsveç hələ də terroru dəstəkləyir. Bu cür addımlar İsveçin NATO-ya üzvlüyünün qarşısını alır. İsveç istəsə, belə addımlara yol verilməsinə mane ola bilər. Hər halda İsveç bu istiqamətdə nə qədər sürətli addım atsa, Alyansa üzvlüyü də bir o qədər sürətli olar".
M.Çavuşoğlunun sözlərinə görə, Finlandiya ilə bağlı fərqli addımlar atıla bilər.
Son xəbərlər
01:39
Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçiriləcək
Digər ölkələr
01:21
İranda baş verən yol qəzasında doqquz nəfər həlak olub
Region
00:54
Fransada etiraz aksiyalarında 511 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
00:27
Tusk Konstitusiya Məhkəməsi məsələsində Polşa Prezidenti ilə kompromisə getməyəcəyini açıqlayıb
Digər ölkələr
00:09
Rubio ərzaq ticarətindən siyasi təzyiq üçün istifadə etməməyə çağırıb
Digər ölkələr
23:44
Folker Türk husilərin əsirliyində olan BMT əməkdaşının öldüyünü açıqlayıb
Digər ölkələr
23:27
Yeddi "OPEC+" ölkəsi neft hasilatı kvotasını dəyişməmək barədə razılığa gəlib
Energetika
22:43
Nigeriyada iki nəfərin ebola virusuna yoluxduğu ehtimal olunur
Digər ölkələr
22:39
Foto
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
Fərdi