Tramp NATO ölkələrini ərazilərinə müdaxilə edən Rusiya təyyarələrini vurmağa çağırıb
Digər ölkələr
- 23 sentyabr, 2025
- 22:34
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp deyib ki, Rusiya NATO-nun hava məkanını pozacağı halda, Alyans ölkələri onun təyyarələrini vurmalıdır.
"Report"un məlumatına görə, bu barədə ABŞ lideri BMT Baş Assambleyasının 80-ci sessiyasında ukraynalı həmkarı Volodimir Zelenski ilə ikitərəfli görüş zamanı bildirib.
Tramp müvafiq suala: "Bəli, mən belə hesab edirəm", - deyə cavab verib.
Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət katibi Marko Rubio bəyan etmişdi ki, NATO-nun Rusiyanın Şimali Atlantika Alyansı ölkələrinin hava məkanını pozması ilə bağlı bəyanatları yenilik deyil.
Xatırladaq ki, NATO Rusiyanın MiQ-31 təyyarəsinin Estoniya hava məkanını pozduğu iddia edilən insidentdən sonra qəti cavab verəcəyini vəd etmişdi.
Son xəbərlər
22:27
Foto
Serbiyada keçirilən parlament seçkilərində seçici fəallığı 64,89 faizə çatıb - Yenilənib-2
Digər ölkələr
22:23
Əfqanıstanda 5,2 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
22:05
Yunanıstanda iş adamı 100 milyon avroluq vergi dələduzluğu ilə bağlı saxlanılıb
Digər ölkələr
21:40
Tramp İranla bağlı kəşfiyyat məlumatlarında ziddiyyətlərin olduğunu bildirib
Digər ölkələr
21:28
ABŞ və Kanada ticarət sazişi bağlamağa yaxındır
Digər ölkələr
21:11
Bakıda insidentlə bağlı saxlanılan Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib
Hadisə
20:56
Fransada fəallar "Milli Birlik" liderinin çıxışını pozmağa cəhd ediblər
Digər ölkələr
20:38
Tramp ABŞ, Rusiya və Ukrayna danışıqlarının tezliklə keçiriləcəyini açıqlayıb
Digər ölkələr
20:20
Foto
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib
Futbol