Şolts: Rusiya təyyarələrini və raketlərini vurmayacağam
Digər ölkələr
- 24 iyul, 2024
- 19:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Mən Ukraynaya əsgər göndərməyəcəyəm, alman pilotları və qırıcıları ilə birlikdə Rusiya təyyarələrini və raketlərini vurmayacağam”.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Saarbrükendə vətəndaşlarla görüşü zamanı deyib.
"Biz Rusiya ilə NATO arasında müharibəyə səbəb olacaq heç bir iş görməyəcəyik. Və silahlarımızın Rusiya ərazisinə nüfuz etməsinə icazə verməyəcəyik", - Almaniya hökumətinin başçısı vurğulayıb.
Eyni zamanda Şolts xatırladıb ki, ABŞ-dən sonra Ukraynanın əsas dəstəkçisi Almaniya hesab olunur.
Ümumilikdə Almaniya Kiyevə hərbi dəstək üçün təxminən 28 milyard avroluq gələcək xərcləri öz üzərinə götürüb.
Son xəbərlər
06:34
Almaniya xüsusi təyinatlı qüvvələrini Rusiya ilə uzunmüddətli münaqişəyə hazırlayır
Digər ölkələr
06:06
Braziliyada Bolsonarunun partiyası prezident seçkilərinin nəticələrini tanıyıb
Digər ölkələr
05:27
Türkiyədə əxlaqsızlığın təbliği əleyhinə keçirilən əməliyyat zamanı onlarla insan saxlanılıb
Region
04:48
Keyn Bundesliqanın 30 ildən sonra ilk "Qızıl yop" mükafatçısı olub
Futbol
04:32
SANA: İordaniya HHQ-nin Suriyaya zərbələri nəticəsində ölənlərin sayı 7-yə çatıb – Yenilənib
Digər ölkələr
03:54
Suriya İordaniya ilə sərhəddə keçid məntəqəsini bağlayıb
Digər ölkələr
03:36
Baqeri: ABŞ danışıqlara ciddi yanaşırsa, Tehranın 7 şərtini qəbul etməlidir
Region
02:57
Harri Keyn 2026-cı ildə "Qızıl top"un yubiley mükafatını qazanıb
Futbol
02:54
Nərimanov rayonunun bir hissəsində bu gün qaz olmayacaq
Energetika