Səudiyyə Ərəbistanında tələbələrə universitet ərazisinə cib telefonu gətirməyə icazə verilib

Digər ölkələr
  • 03 oktyabr, 2017
  • 16:24
Səudiyyə Ərəbistanında tələbələrə universitet ərazisinə cib telefonu gətirməyə icazə verilib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında tələbələrə universitetlərin ərazisinə cib telefonu ilə daxil omağa icazə verilib.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının maarif naziri Əhməd əl-İsa bu qadağanı ləğv edib.

Nazir valideynlərin bu qərara etiraz etmələri səbəbindən belə bir qadağanı aradan qaldırıb.

Əhməd əl-İsa bildirib ki, tələbələr kifayət qədər məsuliyyətlidir və onlara etimad göstərmək olar: “Bəzi ailələrin vəziyyəti də bunu tələb edir. Tələbələrin çoxu ailəsi ilə davamlı olaraq əlaqə saxlayır”.

Ali təhsil sahəsində islahatlar bununla bitməyib. Belə ki, saat 11-dək dərsləri başa çatan tələbələr universitet ərazisini tərk etmək üçün valideynlərindən icazə almalı idilər. Ancaq indi bu icazəyə ehtiyac olmayacaq. Onlar dərslər başa çatan kimi universitet ərazisini tərk edə bilərlər.