Serbiya parlamenti baş nazirin istefasını qəbul edib
Digər ölkələr
- 19 mart, 2025
- 17:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiya parlamenti Baş nazir Miloş Vuçeviçin istefasını təsdiqləyib.
“Report” bu barədə “RİA Novosti”yə istinadən xəbər verib.
Baş nazir istefa ərizəsini noyabrın 1-də Novi-Sad şəhərindəki dəmir yolu vağzalında beton tavanın uçması nəticəsində 15 nəfərin həlak olması ilə bağlı kütləvi etirazlar fonunda yanvarın 28-də təqdim etmişdi.
Parlament spikeri Ana Brnabiç bu gün keçirilən iclasda Vuçeviçə baş nazir vəzifəsini vicdanla yerinə yetirdiyinə və "məsuliyyətli və cəsarətli davranışına" görə təşəkkür edib.
Baş nazirin istefası o deməkdir ki, bütün hökumət texniki iş rejiminə keçir və yeni Nazirlər Kabinetinin formalaşdırılması üçün 30 günlük müddət başlayır.
Son xəbərlər
17:59
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
Digər ölkələr
17:52
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb - Yenilənib-2
Fərdi
17:50
Ötən gün itkin düşən 10 nəfər tapılıb
Hadisə
17:43
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Daxili siyasət
17:22
Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Sənaye
17:13
İrlandiyada miqrantların qaldığı mərkəzə hücum edilib, ölən və yaralanan var
Digər ölkələr
17:10
Sabir Allahquliyev: "Legionersiz oynamağımız nəticəyə təsir etdi"
Futbol
17:06
Misirdə yük maşınının mikroavtobusla toqquşması nəticəsində 10 nəfər ölüb
Digər ölkələr
17:05
Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir
Digər ölkələr