Rusiya və Türkiyə "Akkuyu" AES-lə bağlı mühüm uğur əldə edib
Digər ölkələr
- 01 sentyabr, 2025
- 12:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiya və Türkiyə "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) tikintisinin "Botas"ın qaz ödənişləri hesabına maliyyələşdirilməsi sınağını başa çatdırıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çinin Tiencin şəhərində ŞƏT sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə bildirib.
"Biz "Botas"ın qaz ödənişləri hesabına "Akkuyu"nun maliyyə ehtiyaclarını təmin edəcək klirinq mexanizminin sınaq mərhələsini uğurla başa çatdırdıq", - R.T.Ərdoğan deyib.
"Rosatom" Türkiyənin Mersin vilayətində "Akkuyu" AES-in inşasını həyata keçirir. AES hər biri 1200 MVt gücündə dörd enerji blokundan ibarət olacaq.
Son xəbərlər
11:48
Ermənistanda iki müxalifətçi Antikorrupsiya Komitəsinə aparılıb
Region
11:45
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
Analitika
11:39
Filippində təlim uçuşu zamanı 4 pilot ölüb
Digər ölkələr
11:31
Bakıda kütləvi dava olub, 9 nəfər saxlanılıb
Hadisə
11:12
"Barselona", "Bavariya" və "Çelsi" Luka Vuşkoviçlə maraqlanır
Futbol
11:00
Azərbaycanın əczaçılıq məhsullarının ixracından qazancı 4 %-dən çox artıb
Biznes
10:57
Kim Çen In Çinin Dandun şəhərinə gəlib
Digər ölkələr
10:55
"Fly Central Asia": Bakı Mərkəzi Asiya ölkələri üçün əsas aviasiya qovşağına çevrilir
İnfrastruktur
10:46
Foto
Özbəkistan Mərkəzi Asiya irsinin qorunması üzrə layihələri BMT-də təqdim edib
Region