"Ramştayn" formatında 15 ölkə Ukraynaya yeni hərbi yardım paketlərini açıqlayıb
- 18 noyabr, 2026
- 11:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun ("Ramştayn") 37-ci iclasının yekunlarına görə 15 ölkə yeni hərbi yardım paketlərini elan edib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin teleqram kanalında məlumat yayılıb.
"Əsas prioritet səmanın qorunmasıdır. Tərəfdaşlar hava hücumundan müdafiə (HHM) sistemləri, raketlər, radarlar və s. vasitələr üçün vəsait ayırırlar", - məlumatda bildirilib.
Digər prioritetlər sırasında qırıcıların və döyüş sursatlarının tədarükü, müdafiə vasitələrinin birgə istehsalı və PURL təşəbbüsünə töhfələr qeyd edilib.
Daha əvvəl bildirilmişdi ki, Kanada "Ramştayn" sammitində xüsusən də Çexiyanın təşəbbüsü çərçivəsində HHM üçün raketlər və "Shahed"lərə qarşı mübarizə üçün 1,6 milyon patron daxil olmaqla, yeni yardım paketi elan edib.