Qərbi Azərbaycan Xronikası: Fransa krallarının iki qlobusunu Napoleon niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?

Digər ölkələr
  • 27 fevral, 2025
  • 06:59
Qərbi Azərbaycan Xronikası: Fransa krallarının iki qlobusunu Napoleon niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “1510-cu ildə Xətainin verdiyi fərmanla salınan qala, böyüyüb şəhər oldu” adlı veriliş hazırlanıb.

“Report” xəbər verir ki, verilişdə tarixçi-tədqiqatçı Ramin Əlizadə Qərbi Azərbaycanla bağlı bütün mənbələr oranın türklərə məxsusluğundan, fransız səyyahların qravürlərində İrəvan haqqında mühüm qeydlərindən danışıb.

O bildirib ki, bütün mənbələrdə Qərbi Azərbaycan kəndlərində yaşayanların türklər olduğu göstərilib: “600 il öncə Azərbaycan qərb torpaqlarında baş verən hadisələrin müasir erməni toplumuna heç bir aidiyyəti yoxdur. Qərbi Azərbaycanla bağlı bütün mənbələr oranın türklərə məxsusluğunu təsdiqləyir. Vergi dəftərləri, statistik sənədlər Qərbi Azərbaycanın etnik tərkibin türklər olduğunu sübut edir”.

Onun sözlərinə görə, 1510-cu ildə Xətainin verdiyi fərmanla salınan İrəvan qalası böyüyüb şəhər oldu: “Osmanlı müəllifi Heydər Çələbi öz "Rüznamə"sində İrəvan haqqında da yazıb. Fransız səyyahlarının qravürlərində İrəvan haqqında mühüm qeydlər var. 1689-cu ildə Fransa kralının göstərişi ilə hazırlanan dünya tarixində Qərbi Azərbaycanın yer adları azərbaycan adı ilə yazılıb. Bütün Avropa arxivlərində bu torpağın adı Azərbaycan türkçəsində qeyd olunur. Orta əsrlərə aid elə bir mənbə yoxdur ki, orada İrəvan- Yerevan, Qarabağ- Artsak kimi yazılsın”.

R.Əlizadə sonda Napoleonun Fransa krallarının iki qlobusunu Bastiliya qalasının zirzəmisində gizlətməsinə aydınlıq gətirib və deyib ki, Napoleonun gizlətdirdiyi qlobuslarda Xəzər dənizinin qərbində Albaniya, cənubda Atropatena yazılıb. XIX əsrə qədər Qafqazın heç bir guşəsində Armeniya adında ərazi avropalılara məlum deyildi. Armeniya ifadəsini 19-cu əsrdə saxta tarix yazanlar ortaya atıblar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: Fransa krallarının iki qlobusunu Napoleon niyə Bastiliya qalasının zirzəmisində gizlətdi?