Qərbi Afrika sahillərində 22 dənizçinin olduğu tanker itib
Digər ölkələr
- 03 fevral, 2018
- 14:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 3 fevral. REPORT.AZ/ Göyərtəsində 22 hind dənizçinin olduğu "Marine Express" tankeri Qərbi Afrika sahillərində itib.
“Report” xəbər verir ki, Panamada qeydiyyatdan keçən gəminin heyət üzvləri ilə iki sutkadan artıqdır əlaqə yoxdur.
Sonuncu dəfə onlardan informasiya tanker Benin sahillərində lövbər salarkən daxil olub.
NDTV telekanalının məlumatına görə, gəmi sahiblərinin tankerin yük və pul üçün piratlar tərəfindən qaçırıla biləcəyini istisna etmirlər. Çünki tankerdə 8,1 milyon dollarlıq 13,5 min ton neft olub.
Hindistanın Gəmiçilik Nazirliyi tankerin axtarışına kömək etmələri üçün Benin və Nigeriyanın rəsmi şəxslərinə müraciət ünvanlayıb.
Son xəbərlər
23:23
Almaniya siyasətçisi təsadüfən deputat mandatından imtina edib
Digər ölkələr
22:58
İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir
Region
22:43
ABŞ Avropanı "Starlink"ə qarşı məhdudiyyətlərə görə sarsıdıcı cavabla hədələyib
Digər ölkələr
22:18
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
Digər ölkələr
21:54
Video
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Daxili siyasət
21:49
Marko Rubio Özbəkistana səfərə gedib
Region
21:40
Sorğu: Trampın reytinqi rekord həddə enib
Digər ölkələr
21:14
Azərbaycan Basketbol Liqası: "Neftçi" "Sumqayıt"ı məğlub edib
Komanda
21:08
Foto
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirini 14 medalla başa vurublar
Fərdi