Qazaxıstanda qaz kəmərində baş verən yanğın nəticəsində altı nəfər yaralanıb
Digər ölkələr
- 12 oktyabr, 2017
- 11:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 oktyabr. REPORT.AZ/ Qazaxıstanın Karaqanda vilayətində yerləşən ən böyük metallurgiya müəssisəsində - "ArselorMittal Temirtau" ASC-də qaz kəmərində baş vermiş qaz alovlanması nəticəsində altı nəfər yaralanıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, müəssisənin mətbuat xidmətindən yaralılardan dördünün qaz sexinin, birinin koks sexinin, digərinin isə qaz xilasetmə xidmətinin işçisi olduğu bildirilib.
Məlumata görə, yaralılardan üçü Temirtau Mərkəzi Şəhər Xəstəxanasının intensiv terapiya blokunda, digər üç nəfər isə vilayətdəki travmatologiya və ortopediya mərkəzinin yanıq şöbəsindədir.
Faktla bağlı istintaq aparılır.
Son xəbərlər
04:10
Hakim Cefris ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb
Digər ölkələr
03:54
İsveçrə Rusiyaya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
03:22
Kuşner: Tramp administrasiyası Avropada təhlükəsizlik arxitekturasının yaradılması üzərində işləyir
Digər ölkələr
02:59
"Vikinq"in baş məşqçisi Aarsheym: "Futbolçularım adlarını klubun tarixinə yazdırdılar"
Futbol
02:48
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Futbol
02:47
Fransada aksiyaların təhlükəsizliyini 70 min hüquq-mühafizə əməkdaşı təmin edəcək
Digər ölkələr
02:21
Səudiyyə Ərəbistanı və Suriya müdafiə sahəsində əməkdaşlıq sazişi imzalayıb
Digər ölkələr
02:00
Foto
Çempionlar Liqası: "Mançester Siti" çətin qələbə qazanıb, "Komo" səfərdə 9 qolla qalib gəlib
Futbol
01:54
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
Futbol