Qazaxıstan tarixində ən böyük kokain partiyası müsadirə edilib
Digər ölkələr
- 05 sentyabr, 2025
- 15:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTX) narkotik qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq kanalın ləğv edilməsi üzrə əməliyyat keçirib.
"Report"un Qazaxıstan bürosu qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almatıda respublika tarixində ən böyük - 13 ton 183 kiloqram birdəfəlik kokain partiyası müsadirə edilib.
"Yükün Qazaxıstan üzərindən üçüncü ölkələrə tranziti nəzərdə tutulurdu. Narkotik ticarəti kanalının təşkilində şübhəli bilinən iki xarici vətəndaş saxlanılaraq həbs edilib", - MTX-nin məlumatında deyilir.
Qazaxıstan Cinayət Məcəlləsinin 297-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır.
Son xəbərlər
10:36
Foto
Cibuti və Şri-Lankada "ASAN xidmət" modelinin tətbiqinə dair anlaşma memorandumları imzalanıb
Xarici siyasət
10:36
Li Tszyunxua: Azərbaycan dövlət xidmətlərinin inkişafına əhəmiyyətli töhfə verib
Xarici siyasət
10:35
Prezident: "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir
Xarici siyasət
10:34
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
İnfrastruktur
10:33
İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Daxili siyasət
10:32
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
Fərdi
10:30
Samvel Karapetyan bir ay müddətinə istintaq təcridxanasına göndəriləcək
Region
10:30
Tahir Rzayev: "Su bioresurslarının qorunub saxlanılmasına diqqət artırılmalıdır"
ASK
10:28
Nazir: "Balıqçılıq və akvakultura ərzaq təhlükəsizliyinə böyük töhfə verir"
ASK