Polis: ABŞ-nin Norveçdəki səfirliyi partlayış nəticəsində cüzi zədələnib
Digər ölkələr
- 08 mart, 2026
- 12:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Norveçin paytaxtı Oslodakı Amerika səfirliyi partlayış nəticəsində cüzi zədələnib.
"Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" Norveç polisinə istinadən məlumat yayıb.
Məlumata görə, partlayış yerli vaxtla təxminən saat 01:00-da (Bakı vaxtı ilə 04:00) baş verib. Partlayış diplomatik nümayəndəliyin binalarından birinə cüzi ziyan vurub. İnsident nəticəsində xəsarət alan olmayıb.
Qeyd olunur ki, partlayış yerini və ətraf ərazi polislər, pilotsuz uçuş aparatları və helikopterlərlə nəzarətə götürülüb. Polis bir və ya bir neçə potensial cinayətkarı axtarır.
Oslo polisinin rəisi Mikael Dellemyur "TV2" kanalına bildirib ki, partlayıcı qurğunu bir şəxs işə salıb, istintaq aparılır.
Son xəbərlər
21:43
Türkiyə ilə Almaniya mövcud münaqişə bölgələri ətrafında fikir mübadiləsi aparıb
Region
21:25
Əraqçi: İran Ərəbistan yarımadasında baş verənlərdən narahatdır
Region
21:13
Foto
Füzulidə Şəhər Günü ilə bağlı konsert proqramı təşkil olunub
Mədəniyyət siyasəti
21:00
"Qarabağ" "Neftçi" ilə oyunun son dəqiqəsində məğlubiyyətdən xilas olub
Futbol
20:50
Foto
Naxçıvanda yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib
Fərdi
20:44
Foto
Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar
Fərdi
20:31
İran Hörmüz boğazı ilə bağlı ABŞ-dən cavab gözləyir
Region
20:21
Fransada etirazçılar Lill meriyasının binasını talan ediblər
Digər ölkələr
20:09
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
Region