Pişik Larrinin hesabında Britaniya yeni baş nazirinin əsas vəzifəsinin onun qayğısına qalmaq olduğu bildirilib

Digər ölkələr
  • 17 iyul, 2026
  • 17:34
Pişik Larrinin hesabında Britaniya yeni baş nazirinin əsas vəzifəsinin onun qayğısına qalmaq olduğu bildirilib

Pişik Larrinin sosial media hesabında Böyük Britaniyanın gələcək yeni baş naziri Endi Börnhemin əsas vəzifəsinin onun qayğısına qalmaq olduğu zarafatla bildirilib.

"Report" xəbər verir ki, bu barədə onun "X" sosial şəbəkəsindəki hesabında paylaşımda qeyd olunub.

Dərc edilən şəkillərdə pişik Larrinin qum qabının Nazirlər Kabinetində yerləşdiyi və onu gündə ən azı iki dəfə yedizdirmək lazım olduğu deyilib.

"Həyatınızın ən vacib vəzifəsinə xoş gəlmisiniz", - paylaşımda vurğulanıb.

Xatırladaq ki, sığınacaqdan götürülmüş pişik Larri 2011-ci ildən Böyük Britaniya Baş nazirinin Dauninq-stritdəki iqamətgahında yaşayır.

44 filmi