Pinyo: Avropa Komissiyası Rusiya qazının tədarükünü bərpa etməyi planlaşdırmır

Digər ölkələr
  • 19 oktyabr, 2026
  • 17:43
Pinyo: Avropa Komissiyası Rusiya qazının tədarükünü bərpa etməyi planlaşdırmır

Avropa Komissiyasının Rusiya qazının tədarükünü bərpa etmək planı yoxdur.

"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu Avropa Komissiyasının (AK) mətbuat katibi Paula Pinyo deyib.

O bildirib ki, onlar əvvəlki mövqelərində qalırlar: "Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin ötən həftə Avropa Şurasının iclası başlamazdan əvvəl açıq şəkildə bildirdiyi kimi, Rusiya müharibəni dayandırmayana qədər biz heç bir sanksiyanı ləğv etməyəcəyik. Bu, tamamilə birmənalı şəkildə deyilib".

"Sədr fon der Lyayenin də xatırlatdığı kimi, biz hələ də əminik ki, məhz Atlantikanın hər iki tərəfində sanksiyalar məsələsində əlaqələndirilmiş fəaliyyət bu müharibənin dayandırılmasında həlledici rol oynaya bilər", - mətbuat katibi əlavə edib.

Daha əvvəl "The New York Times" qəzeti mənbələrə istinadən bildirmişdi ki, ABŞ Prezidenti administrasiyasının Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı yeni sülh təklifi Avropanın Rusiya qazının alışını böyük həcmdə bərpa etməsini nəzərdə tutur.

44 - Tezliklə