Pakistanda partlayış baş verib, altı nəfər ölüb
Digər ölkələr
- 27 yanvar, 2025
- 06:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Pakistanın Pəncab əyalətinin Multan şəhərində mayeləşdirilmiş qaz daşıyan avtosisternin partlaması nəticəsində azı 6 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə yanvarın 27-si səhər saatlarında baş verib. Partlayışa səbəb avtosisternin klapanlarından birindən qaz sızması olub. Partlayış nəticəsində güclü yanğın və dağıntılar meydana gəlib.
Qeyd edilib ki, bir neçə saatlıq işdən sonra yanğın söndürülüb. Hadisə nəticəsində bir azyaşlı qız da daxil olmaqla 6 nəfər həlak olub. Yaralananlardan 13-nün vəziyyəti ağırdır. Partlayış yerinin ətrafında azı 20 ev tamamilə məhv olub, daha 70-i qismən zədələnib.
Video
Video
Son xəbərlər
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi
23:52
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Hadisə
23:38
Fransada etirazlar zamanı 448 nəfər saxlanılıb - Yenilənib-2
Region