Meksikada 26 milyon dollar dəyərində qızıl külçələr oğurlanıb
Digər ölkələr
- 11 noyabr, 2019
- 00:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Meksikada quldurlar yük maşınına hücum edərək 26 milyon dollar dəyərində qızıl külçələri oğurlayıblar.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə “El Debate” nəşri məlumat yayıb.
İnsident Sonora əyalətində baş verib. Belə ki, bir qrup silahlı şəxs “Noche Buena” mədən şirkətinə məxsus yük maşınına hücum edib və nəqliyyat vasitəsində olan 47 qızıl külçəni oğurlayıb.
Cinayətkarlar mühafizəçiləri yük avtomobilindən çıxararaq tərksilah edib döyüblər.
Hazırda oğurlanan qızıl külçələrin bazar dəyəri təxminən 524 milyon peso (26 milyon dollar) edir.
Qeyd edək ki, Meksikada son bir ildə rekord sayda cinayət törədilib ki, nəticədə 20 mindən çox insan həyatını itirib.
Son xəbərlər
11:28
Vergi borclarına görə hesablanan faizlər iki dəfə azaldıla bilər
Maliyyə
11:27
Vergi Məcəlləsinə dəyişiklikdən təxminən 10 min vergi ödəyicisi faydalanacaq
Biznes
11:25
Səfir: Çin və Azərbaycanın minatəmizləmə sahəsində əməkdaşlığı qlobal təhlükəsizliyin mühüm tərkib hissəsidir
Xarici siyasət
11:25
DVX rəisi: "Vergi islahatlarında sahibkarların təklifləri nəzərə alınıb"
Maliyyə
11:23
Azərbaycanda dərman satışı zamanı bazar qiymətinin tətbiqi qaydaları dəyişir
Biznes
11:22
Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır
ASK
11:22
Lu Mey Azərbaycan-Çin münasibətlərinin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib
Xarici siyasət
11:13
Pediatr: Payız-qış aylarında uşaqlar arasında infeksiya artımını mövsümlə əlaqələndirmək düzgün deyil
Sağlamlıq
11:12
FHN bayram günlərində güclənmiş rejimdə çalışacaq
Hadisə