Məkkədən Mədinəyə ilk sürət qatarı dekabrın 31-də yola düşəcək
Digər ölkələr
- 28 dekabr, 2017
- 13:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 28 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərləri arasında ilk sürət qatarı dekabrın 31-də yola düşəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı EFE agentliyi yayıb.
İlk qatarın yola salınması mərasimində Səudiyyə Ərəbistanı və İspaniya hökumətlərinin yüksək vəzifəli rəsmilərinin iştirakı gözlənilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2011-ci ildə Məkkə ilə Mədinə arasında dəyəri 6,7 milyard avro olan dəmiryolunun tikintisi üçün tender elan etmişdi. Bu tenderin qalibləri İspaniyanın 12, Səudiyyə Ərəbistanının 2 şirkəti olmuşdu. Sürət qatarları Məkkə ilə Mədinə arasındakı 450 km-lik məsafəni 2,5 saata qət edəcək.
Son xəbərlər
08:43
Türkiyə kəşfiyyatının rəhbəri İrana səfər edəcək
Region
08:14
Foto
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Digər ölkələr
08:00
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Futbol
07:39
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
Digər ölkələr
07:22
Tayvan nadir torpaq metallarının istehsalı üzrə ilk zavodu inşa etməyi planlaşdırır
Digər ölkələr
06:58
Cənubi Koreya və ABŞ "Freedom Flag" birgə hərbi təlimlərinə başlayıb
Digər ölkələr
06:28
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək
Region
05:35
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
Digər ölkələr