Madaqaskarda qasırğa nəticəsində ölənlərin sayı 38-ə çatıb
Digər ölkələr
- 13 fevral, 2026
- 15:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Madaqaskarda "Gezani" qasırğası nəticəsində ölənlərin sayı 38-ə çatıb, 260 mindən çox insan zərər çəkib.
"Report" xəbər verir ki, bu barədə yerli KİV Risklərin və təbii fəlakətlərin idarə edilməsi üzrə Milli İdarəyə (BNGRC) istinadən məlumat yayıb.
Qeyd olunub ki, 374 nəfər xəsarət alıb, 12 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Qasırğa həmçinin 37 mindən çox evə ziyan vurub.
Fevralın 11-də Madaqaskar hökuməti "Gezani" qasırğasının törətdiyi genişmiqyaslı dağıntılarla əlaqədar milli fəlakət rejmi elan edib.
Son xəbərlər
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə
00:00
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Daxili siyasət
00:00
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Daxili siyasət
23:52
Video
Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır
Futbol
23:49
Şotlandiya Britaniyadan ayrılmaq üçün yeni referendum kampaniyasına başlayıb
Digər ölkələr
23:22
Makron Fransadakı iğtişaşların iştirakçılarının cəzalandırılacağını vəd edib
Digər ölkələr
23:12
Fransada bahalaşmaya qarşı aksiyalarda 550 min nəfər iştirak edib
Digər ölkələr
22:52
"Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
Futbol