Liviya korrupsiyaya qarşı mübarizə məsələləri üzrə əməkdaşlıqda maraqlıdır

Digər ölkələr
  • 28 oktyabr, 2026
  • 16:34
Liviya korrupsiyaya qarşı mübarizə məsələləri üzrə əməkdaşlıqda maraqlıdır

Liviya korrupsiyaya, çirkli pulların yuyulmasına qarşı mübarizə və qanunsuz yolla əldə edilmiş aktivlərin geri qaytarılması sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Çirkli pulların yuyulmasına qarşı mübarizə və aktivlərin geri qaytarılmasının monitorinqi İdarəsinin direktoru, Liviya İnzibati Nəzarət İdarəsi sədrinin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə müşaviri İbrahim Abdelkarim Bakıda bildirib.

"Biz korrupsiyaya, çirkli pulların yuyulmasına qarşı mübarizə və aktivlərin geri qaytarılması məsələlərində digər dövlətlərlə təcrübə mübadiləsində maraqlıyıq. Bizim üçün müvafiq qurumlar arasında qarşılıqlı fəaliyyəti inkişaf etdirmək və beynəlxalq əlaqələri gücləndirmək vacibdir", - o qeyd edib.

Onun sözlərinə görə, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin üzv dövlətlərin korrupsiyaya qarşı hüquq-mühafizə orqanları rəhbərlərinin Bakıda keçirilən üçüncü yüksək səviyyəli görüşündə iştirakı digər ölkələrin nümayəndələri ilə praktiki təcrübə mübadiləsi aparmaq imkanı verir.

"Biz Bakıda olmaqdan və digər nümayəndə heyətləri ilə təcrübə mübadiləsi aparmaqdan məmnunuq. Təşkilatçılar konfransa hazırlıq zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər", - Liviya nümayəndəsi vurğulayıb.

O, həmçinin tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib.