Kolumbiyada etirazlar zamanı 548 nəfər itkin düşüb
Digər ölkələr
- 08 may, 2021
- 21:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kolumbiyada etirazlarda iştirak etmiş təxminən 550 insan itkin düşmüş hesab edilir.
“Report” xəbər verir ki, bu barədə insan hüquqları üzrə səlahiyyətli orqanın məlumatlarına istinadən La FM radiostansiyası bildirib.
Məlumata əsasən, 28 apreldən 7 maya qədər 548 insan itkin düşüb. Etiraz aksiyalarının və qarışıqlıqların gedişatında ölənlərin sayı 26 nəfərə çatıb.
Kolumbiyada aprelin 28-dən vergi islahatına qarşı nümayişlər keçirilir. Boqotada, Kalidə, Medelinada və başqa şəhərlərdə qarışıqlıqlar olub. Toqquşmalar zamanı 1 000-dən çox insan zərər çəkib. Bundan sonra hökumət islahat planlarına dəyişikliklər etməyə razılaşıb, ölkənin maliyyə naziri Alberto Karraskilya istefa verib, ancaq etirazlar davam edir.
Son xəbərlər
08:19
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:08
Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb - yenilənib
Digər ölkələr
07:43
İlon Mask Corc Sorosu geridə qoyub
Digər ölkələr
07:26
"Rosatom": Macarıstanda "Pakş-2" AES layihəsinin dayandırılması ehtimalı var
Digər ölkələr
06:45
Yasamal və Masazırın bir hissəsində işıq olmayacaq
Energetika
06:25
"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb
Energetika
05:55
"SpaceX" ABŞ-də ən azı 80 min mobil rabitə qülləsini icarəyə götürmək istəyir
İKT
05:18
Niderland "Ostin" fırtınasına hazırlaşır
Digər ölkələr
04:49
ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərdə süni intellekt sisteminin tətbiqinə 25 milyon dollar ayırıb
Digər ölkələr