KİV: Suriya ordusu Rusiyada "Vaqner"i məhv etməyə kömək olub

Digər ölkələr
  • 07 iyul, 2023
  • 16:44
KİV: Suriya ordusu Rusiyada Vaqneri məhv etməyə kömək olub

Suriya kəşfiyyatı və ordusu Rusiyadakı “Vaqner” Xüsusi Hərbi Şirkətinin üsyanı zamanı rus hərbçilərinə dəstək verib, Suriya Respublikasında "Vaqner" qüvvələrinin hərbi təşkilat kimi təcrid və məhv edilməsinə kömək edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” Dəməşqdəki rəsmi mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, birgə qüvvələr əməliyyatı iyunun 23-nə keçən gecə həyata keçirib. Suriya ordusu telefon xətlərinin və mobil rabitənin bağlanması üçün tədbirlər görüb, həmçinin “Vaqner” bölmələrinin komandirlərinin ölkəni tərk etməyə məcbur etmək və ya Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq üçün Rusiya hərbçilərinin yerləşdiyi yerə gəlməsinə şərait yaradıb.

Qeyd olunur ki, Suriyadan olan mənbələrə görə, ölkədəki "Vaqner" qüvvələrinin sayı 450 nəfərdən çox deyil. Rusiya Federasiyasının hərbi idarəsi ilə müqavilə bağlamaqdan imtina edənlər ölkədən çıxarılıb.