Kişineu hava limanında atəş açan şəxsin kimliyi müəyyənləşib
Digər ölkələr
- 30 iyun, 2023
- 22:03
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Moldovanın paytaxtı Kişineuda hava limanında atəş açan şəxsin kimliyi müəyyənləşib.
"Report" Moldova mətbuatına istinadən xəbər verir ki, atəş açan şəxs Tacikistan və Rusiya vətəndaşlığı olan 43 yaşlı Rüstəm Aşurovdur.
Qeyd olunur ki, Aşurov buna qədər İnterpol xətti ilə axtarışda olub. Hücum zamanı isə o, hazırda axtarışa verilən iki nəfərin yanında olub.
Aşurov hazırda mühafizə altında xəstəxanada ağır vəziyyətdədir. Onu ömürlük həbs cəzası gözləyir.
Xatırladaq ki, iyunun 30-da axşam saatlarında Kişinyov hava limanında atışma olub, iki nəfər həlak olub. Ölənlərdən biri sərhəd polisinin əməkdaşıdır.
Moldova prokurorluğu bir neçə nəfərin ölümünə səbəb olan terror aktı maddəsi ilə cinayət işi başladıb.
Son xəbərlər
08:14
Foto
Həftənin ilk günü paytaxtın bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Kütləvi kiberhücumlara görə Yaponiya hökumətinin təcili iclası keçiriləcək
Digər ölkələr
08:00
U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək
Futbol
07:39
Lula da Silva Braziliyanın ABŞ-nin "arxa bağça"sı olmayacağını bildirib
Digər ölkələr
07:22
Tayvan nadir torpaq metallarının istehsalı üzrə ilk zavodu inşa etməyi planlaşdırır
Digər ölkələr
06:58
Cənubi Koreya və ABŞ "Freedom Flag" birgə hərbi təlimlərinə başlayıb
Digər ölkələr
06:28
Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin toplantısı keçiriləcək
Region
05:35
Serbiyadakı növbədənkənar parlament seçkilərində "Tələbə siyahısı" qalib gəlib
Digər ölkələr
05:13
Donald Tramp israilliləri seçkilərdə Netanyahunu dəstəkləməyə çağırıb
Digər ölkələr