Kats SEPAH-ın kəşfiyyat rəhbərinin öldürüldüyünü təsdiqləyib
Digər ölkələr
- 06 aprel, 2026
- 13:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrail İranın enerji infrastrukturuna və neft-kimya sənayesinə böyük ziyan vurub.
"Report" xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats bəyan edib.
O, həmçinin qeyd edib ki, İsrail Müdafiə Ordusu İranın döyüş qabiliyyətini zəiflətmək üçün onun strateji infrastrukturuna zərbələr endirməyə davam edəcək.
Kats, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat təşkilatının rəhbəri Məcid Xadəminin öldürüldüyünü təsdiqləyib.
"Mən bu gecə Tehranda əməliyyatın keçirilməsini təsdiq etdim: SEPAH-ın kəşfiyyat təşkilatının rəhbəri, bu müharibənin başlanmasının birbaşa günahkarlarından biri və təşkilatın üç yüksək vəzifəli rəhbərindən biri olan Məcid Xadəmi öldürülüb", - o bildirib.
Son xəbərlər
17:40
Elmir Əliyev: "Səhvlərə yol verməsəydim, ikinci dəfə dünya çempionu ola bilərdim"
Fərdi
17:38
ARDNF istiqrazlara investisiyaları azaldıb, səhmlərə isə artırıb
Maliyyə
17:38
Özbəkistan və ABŞ 12 milyard dollarlıq 54 saziş imzalayıb
Region
17:37
Foto
Salonikidəki Azərbaycan diasporunun fəaliyyəti müzakirə olunub
Diaspor
17:35
Gürcüstan Azərbaycana avtomobil ixracından qazancını sentyabrda 46 % artırıb
Biznes
17:33
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə saxlayıb
Digər
17:33
ARDNF-in pul vəsaitləri 2 dəfədən çox azalıb
Maliyyə
17:32
Tehranda Rusiya və İran XİN başçılarının görüşü başlayıb
Region
17:32
ARDNF Yaponiya bankına qısamüddətli depozit qoyuluşunu 7 dəfədən çox artırıb
Maliyyə