İtaliyada sərnişin qatarı aşıb, yaralananlar var
Digər ölkələr
- 22 mart, 2017
- 16:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 22 mart. REPORT.AZ/ Milan şəhərindən (İtaliya) Bazelə (İsveçrə) gedən qatarın vaqonunun relsdən çıxması nəticəsində azı 7 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə İsveçrə KİV-nə istinadən İtaliyanın "Rainews24" telekanalı məlumat yayıb.
Hadisə Bakı vaxtı ilə 17:00-da Lütsern stansiyasında baş verib. Qatarın vaqonlarından biri relsdən çıxaraq aşıb. Nəticədə stansiyanın elektrikötürücü xətlərinə və metal konstruksiyasına ziyan dəyib.
Vağzal əhatəyə alınıb, insidentin səbəbləri araşdırılır. Hadisə yerində yanğınsöndürən və xilasedicilər işləyir.
"La Repubblica" qəzeti yazır ki, qatarda 160 nəfərə yaxın sərnişin ola bilər.
Son xəbərlər
21:58
Zelenski: ABŞ Ukraynada Starlink rabitəsinin tam fəaliyyətini hələ bərpa etməyib
Digər ölkələr
21:52
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
Media
21:46
JP: İsrail husilərə hücum üçün ABŞ vasitəsilə Ər-Riyada məlumat ötürür
Digər ölkələr
21:32
Brüssel sakini itkin düşənlərin axtarışı ilə bağlı İrəvanı Bakı ilə əməkdaşlığa çağırıb
Xarici siyasət
21:31
Azərbaycanın qadın FIFA referisi Fəridə Lütfəliyeva UEFA tərəfindən təyinat alıb
Futbol
21:30
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Xarici siyasət
21:26
Avropada etiraz aksiyalarının genişlənəcəyi proqnozlaşdırılıb
Digər ölkələr
21:11
Kişi voleybolçular arasında Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
Komanda
21:02
ABŞ və Danimarka dənizçilik sahəsində əməkdaşlıq haqqında memorandum imzalayıblar
Digər ölkələr