Hindistanda meşə yanğınında 9 turist yanıb
Digər ölkələr
- 12 mart, 2018
- 06:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 12 mart. REPORT.AZ/ Hindistanın cənubundakı Tamil Nadu ştatında yerləşən dağlıq Kuranqani rayonunda baş verən irimiqyaslı meşə yanğını zamanı azı 9 turist ölüb, 18 nəfər xəsarət alıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ölənlər arasında 4 qadın, 4 kişi və 1 uşaq var.
Ümumilikdə 27 nəfər xilas edilib. Onlardan 10 nəfəri yüngül xəsarətlər alıb, 8 nəfərin vəziyyəti isə ciddidir.
Ölənlərin milli mənsubiyyətinə dair məlumatlar verilmir.
Yerli KİV yanğının turistlərin Beynəlxalq Qadınlar Gününə həsr olunmuş trekinq-turdan qayıtdığı zamanı başladığını yazıb.
Son xəbərlər
07:48
Yaponiyada ABŞ ilə birgə "Keen Sword" təlimləri başlayıb
Digər ölkələr
07:21
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Digər ölkələr
06:53
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Region
06:18
Tədqiqat: Bəzi fabrik məhsulları bağırsaq xərçəngi riskini azalda bilər
Sağlamlıq
05:42
Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Digər ölkələr
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region